Ölkədən milli valyutanın (Manatın) çıxarılması və gətirilməsində məhdudiyyətin olmamasını tənzimləyən xüsusi hüquqi aktın qəbul edilməsinə ehtiyac yaranıb.
FED.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir.
ELƏCƏ DƏ BAX: Mərkəzi Bank saxta pullar barədə məlumat yaydı
Hesabatda qeyd edilir ki, qüvvədə olan qanunvericilikdə bu əməliyyatları hər hansı qadağan edən normalar mövcud olmasa da, gömrük nəzarəti zamanı vətəndaşlar müəyyən çətinliklərlə üzləşir: “Yaranmış vəziyyəti, eləcə də ölkənin milli valyutasının sabitləşdiyi bir vaxtda regional səviyyədə dövriyyəsini stimullaşdırmaq məqsədilə milli valyutanın gömrük prosedurlarını altında məhdudiyyətsiz olaraq sərhəddən keçidini tənzimləyən hüquqi aktın layihəsi hazırlınıb, əlaqədar dövlət qurumları ilə razılaşdırılıb və “Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq Nazirlər Kabinetinin təsdiqinə təqdim edilib”.
marja.az
Manatın ölkədən çıxarılması və gətirilməsinə - MƏHDUDİYYƏT OLMAYACAQ
21:55
12 Noy 2018