28 mart 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
FED.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Mərkəzi Bank qeyd edib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.
16 mart 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 47,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 22 valyuta hərracında banklara cəmi 882,2 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.