Azərbaycanın valyuta ehtiyatları xarici borcun məbləğindən 4-5 dəfə çoxdur. Zərurət yaranacağı halda bir neçə ay ərzində xarici borcun ödənilməsi mümkündür. Bunu prezident İlham Əliyev deyib.
“Bizim valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Zərurət yaranarsa bir neçə ay ərzində xarici borcumuzu sıfıra endirə bilərik”, - İ.Əliyev cümə axşamı “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Forumunda çıxışında bildirib.
Forum2010-cu ildən etibarən keçirilir. Tədbirin təşəbbüskarları Azərbaycan və Rusiya liderləridir.
İ.Əliyevin sözlərinə görə, Azərbaycanda iqtisadi vəziyyət stabildir, iqtisadiyyat inkişaf edir, əsaslı islahatlar həyata keçirilir. “Son 15 il əzrində ÜDM-in 3,2 dəfə artıb, iqtisadiyyata sərmayələr $250 mlrd. təşkil edib. Son illər ərzində orbitə 3 peyk buraxmışıq, bu da qeyri-neft ixracına müsbət təsir göstərir”, - prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, hazırda Azərbaycan nəqliyyat sahəsində fəal layihələr həyata keçirir. Bu layihələr qonşu dövlətlərlə reallaşdırılır. “Məqsədimiz Azərbaycanı güclü nəqliyyat mərkəzinə çevriməkdir. Artıq müasir infrastruktur yaradılıb, ölkədə 6 beynəlxalq aeroport fəaliyyət göstərir, yeni dəniz limanı inşa olunub. Bu gün “Şimal-Cənub”, “Qərb-Şərq” nəqliyyat dəhlizləri Azərbaycandan keçir, ölkələri birləşdirən və əməkdaşlığın genişləndirilməsinə imkan yaradan yeni nəqliyyat dəhlizləri yaradılır”, - dövlət başçısı deyib.
Prezident qeyd edib ki, iqtisadiyyat sahəsində əsaslı islahatlar sosial sahəyə də müsbət təsir göstərir. “Nəticədə, 15 il əzrində yoxsulluğun səviyyəsi 49%-dən 5,4%-dək azalıb, işsizlik səviyyəsi 5% təşkil edir”, - dövlət başçısı əlavə edib.
2018-ci il iyulun 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $9,6 mlrd. təşkil edir.Eyni zamanda, 1 sentyabr 2018-ci il tarixinə strateji valyuta ehtiyatları $45 mlrd səviyyəsində qiymətləndirilir.