2022-ci ilin səkkiz ayında Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankının iştirakı ilə keçirilən hərraclarda 3 milyard 392,1 milyon dollar həcmində valyuta satıb. Bu da 2021-ci ilin eyni dövrünə nisbətən 9,3 % azdır.
Eləcə də bax: ADRNF-in bölüşdürülməmiş mənfəəti 42 milyard manata - YAXINLAŞIB
FED.az xəbər verir ki, Dövlət Neft Fondu təkcə avqust ayında valyuta hərraclarında 440,6 milyon dollar (14% az) satıb.
Qeyd edək ki, bu gün keçirilən valyuta hərracında isə bankların dollar tələbi 63,9 mln. ABŞ dolları təşkil edib. (Apa)