2022-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 595,9 milyon ABŞ dolları vəsaitin cəmi 92,4 milyon ABŞ dolları Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Prezident Dövlət Neft Fondunun 2023-cü il büdcəsini təsdiqlədi - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
"2022-ci ildə dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan daha çox vəsaitin daxil olması səbəbindən ARDNF-dən dövlət büdcəsinə transfert azalıb və bu nəticə etibarilə Fondun manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışına təsir göstərib", - deyə qurum bəyan edib.
Dekabrda valyuta hərraclarında digər vəsaitləri Mərkəzi Bankın satdığı ehtimal olunur. (Report)