Neftin dünya bazarındakı hazırki qiyməti Azərbaycan iqtisadiyyatı üçün ciddi risk yaratmır. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, neftin 55 dollara qədər ucuzlaşması nə ödəmələr balansı, nə də büdcə baxımından ciddi risk yaratmır. Bu qiymət səviyyəsində yalnız hökumətin Neft Fonduna gələn il üçün planladığı 3 mlrd. manata yaxın yığım mümkün olmaya bilər - yəni ən pis variantda Neft Fondunun gələn ilki gəlirləri tamamilə xərclənər».
Eləcə də bax : Manatın bundan sonra nə qədər sabit qalacağı - AÇIQLANDI
Bununla yanaşı, ekspert bildirir ki, ölkə iqtisadiyyatı üçün risklər o zaman başlaya bilər ki, neftin qiyməti 50 dollara ensin: «50 dollar riskli həddir. Bu nöqtədə hökumət 2015-cii ildə olduğu kimi Neft Fondunun ehtiyatlarını büdcəyə cəlb etməmək, büdcədə balansı təmin etmək üçün dövlət büdcəsinin xərcləri ən azından 2 mlrd. manat ixtisar etməli olacaq. Ya da ehtiyatlara əl atmaq lazım gələcək».
İqtisadçı bildirir ki, neftin 50 dollara enməsi Mərkəzi Bankın bazara müdaxiləsi üçün də siqnal ola bilər: «50 dollar ölkənin ödəmələr balansında tarazlığı qorumaq üçün də yetərli deyil. Bu hədd Mərkəzi Bankın bazara daimi müdaxiləsi üçün siqnalın başladığı nöqtədir».