Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «AZ-LEAD LLC»-yə $4,2 milyon məbləğində kredit ayırmağı planlaşdırır.
Avropa Bankı Azərbaycan şirkətinə 2 mln. dollar - KREDİT AYIRIB
FED.az bankın məlumatına istinadən bildirir kji, kredit üç elementdən ibarət olacaq: $1 milyon – şirkətin cari borcunun təkrar maliyyələşməsinə, $1,9 milyon – müəssisənin emal və enerji səmərəliliyinin artırılması üzrə güclərinin artımına, $1,3 milyon – akkumulyator qırıntılarının alışına.
Kreditin cəlb edilməsi hesabına AZ-LEAD LLC təkrar qurğuşun istehsalının gücünü cari 7,2 min tondan 17,3 min tona qədər artırmağı planlaşdırır.
Layihənin ümumi dəyəri - $4,4 milyon təşkil edir.
AZ-LEAD LLC Azərbaycanda xidmət müddəti keçmiş qurğuşun-turşu akkumulyatorlarının emalı yolu ilə təkrar rafinasiya olunmuş qurğuşun istehsalı ilə məşğul olur. Şirkət 2014-cü ildə yaradılıb, Sumqayıtda fəaliyyət göstərir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 184 layihənin maliyyələşdirilməsinə təqribən 3,8 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsi üçün 881 milyon avro ayrılıb. (İnterfaks-Azərbaycan)