Argentina Mərkəzi Bankı peso məzənnəsi 1 dollar üçün 1474.5 peso səviyyəsinə çatdıqdan sonra milli valyutanı dəstəkləmək məqsədilə ehtiyatlarından 53 milyon dollar satıb.
Argentinada 'şok' dollar qərarı
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Son məlumatlara görə, Argentina pesosunun ABŞ dollarına nisbətdə məzənnəsi 1 dollar üçün 1473.75 peso təşkil edir, bu da sutka ərzində 0.29%, həftə ərzində isə 3.38% azalma deməkdir. Valyutanın zəifləməsi iqtisadi problemlər və siyasi qeyri-sabitlik fonunda baş verir.
Argentina prezidenti Xavyer Mileyin reytinqi enməyə davam edir — argentinalıların yarıdan çoxu (53.7%) ona etimad göstərmir. Prezidentə qarşı mənfi münasibət bacısına qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqələndirilir.
Mileyin partiyası “La Libertad Avanza” oktyabrda keçiriləcək aralıq seçkilərində qələbə proqnozlarına baxmayaraq, əsas müxalifət qüvvəsi “Juntos por el Cambio” ilə üstünlüyünün əhəmiyyətli dərəcədə azalması ilə üzləşib. (Banker.az)
İqtisadi problemlər həmçinin aşağı valyuta ehtiyatları (9 mlrd dollar) və kənd təsərrüfatı məhsullarının ixracında gecikmələrlə daha da ağırlaşır. İllik inflyasiya yüksək olaraq qalır — təxminən 180%.
Apreldə tətbiq olunan valyuta dəhlizi sistemi sərhədlərin hər ay 1% yuxarı və ya aşağı tənzimlənməsini nəzərdə tutur. Lakin inflyasiyanın artmasına səbəb ola biləcək volatilliyin qarşısını almaq üçün Mərkəzi Bankın tez-tez müdaxilələri zəruri olur.