"Aqrolizinq"in Tovuz flialının sədri Vidadi Əkbərov vəzifəsindən azad edilib.
FED.az AFN-nə istinadən xəbər verir ki, V.Əkbərov işində yol verdiyi nöqsanlara görə vəzifədən çıxarılıb. Xəbəri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Xatırladaq ki, V.Əkbərovun adı daha çox fermerlərə problem yaratmaqda hallanırdı. Tovuz rayonunda əkin-biçinlə məşğul olan insanların onun haqqında şikayətləri son günlər artmışdı. Bir neçə gün öncə AFN-in redaksiyasına V.Əkbərovun qanunsuz əməllər törətməsi haqda ilginc faktlar daxil olmuşdu. Material araşdırma mərhələsində olduğundan hələlik ictimailəşdirilməmişdi. Görünür, redaksiyamıza şikayət ünvanlayan şəxslər haqlı imişlər.
V.Əkbərovun yerinə hələlik təyinat yoxdur.
"Aqrolizinq"in Tovuz filialının sədri vəzifəsindən azad edildi
17:29
30 Okt 2018