ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü ABŞ Maliyyə Nazirinin Rusiya və Belarusa Beynəlxalq Valyuta Fondunun (BVF) SDR-ləri (xüsusi borclanma hüququ) müqabilində dollar verilməsini qadağan edən qanunu imzalayıb.
Eləcə də bax: ABŞ İrandan neft ixracına kömək etdiklərinə görə 10 şirkətə sanksiyalar - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Prezident maliyyə nazirinə Rusiya və ya Belarusiyaya məxsus xüsusi borc alma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatları həyata keçirməyi qadağan edən qanunu imzalayıb", - məlumatda deyilir.
2021-ci ilin avqustunda BVF pandemiyanın təsirindən zərər çəkmiş iqtisadiyyatların bərpasına kömək etmək üçün üzv ölkələrə 650 milyard dollarlıq SDR ekvivalentini təsdiqləyib. Həmin vaxt Rusiya fonddan öz kvotasına uyğun olaraq 12,3 milyard SDR alıb ki, bu da o zaman 17,5 milyard dollara bərabər idi. 2021-ci ilin sentyabrında maliyyə nazirinin müavini Timur Maksimov bu vəsaitin ölkənin qızıl-valyuta ehtiyatlarına əlavə edildiyini bildirib.
Qaydalara görə, SDR beş valyutaya dəyişdirilə bilər: dollar, avro, yen, funt sterlinq və yuan. BVF SDR-ləri Rusiyanın beynəlxalq ehtiyatlarının təxminən 3,5-4%-ni təşkil edir. (Marja)