Dekabrın 15-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0.1181 manat təşkil edib.
Eləcə də bax: Dollar/TL cütlüyü 14-ə çatır – Bu Manat üçün Nə Deməkdir?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən məlumat verilir.
Ötən ayın eyni dövrü ilə müqayisədə isə lirənin manata qarşı məzənnəsi 30.2% dəyər itirib. 2021-ci ilin noyabrın 15-də lirənin məzənnəsi 0.1692 manat olub.