2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz azalaraq, 29,3 milyon dollara bərabər olub.
İyun ayında əhali geyimə 679 milyon manat xərcləyib
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə Azərbaycana 3,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 45 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq, 8,7 milyar dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 21,3 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib. (Trend)