Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib. FED.az xəbər verir ki, 29 yanvar 2021-ci il tarixində Ankaradan Türkiyənin ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Moskvaya yola salınıb. 15 vaqonda ibarət olan qatar Türkiyə şirkətlərinin istehsal etdiyi 3321 ədəd (hər vaqona orta hesabla 221 ədəd) məişət texnikasını Rusiya bazarına fevralın 5-də çatdırmalıdır.
«Azərbaycan Dəmir Yolları» QSC-nin törəmə şirkəti olan «ADY Container» MMC-dən bildirilib ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb.
Qatar Bakı-Tbilisi- Qars dəmir yolu ilə Bakıya kimi gəlib, burada «Şimal-Cənub» Nəqliyyat Dəhlizinə keçəcək, yəni Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.
Qatar ümumilikdə 4 min 650 kilometrlik yolu 8 günə qət edəcək və artıq fevralın 5-də təyinat məntəqəsinə çatacaq. Yükün ümumi çəkisi isə 150 tondur.
Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə), GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC “Russian Railways Logistics” şirkətləridir.
Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan dəmiryolunun tikintisi 2008-ci ildən başlayıb 2017-ci ildə başa çatıb.
Dəmiryolunun illik daşıma gücü 1 milyon sərnişin və 6,5 milyon tondur. Gələcəkdə sərnişin sayı 3 milyon nəfərə, yük daşıma qabiliyyəti isə 20 milyon tona çatacaq.