Azərbaycanda etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.
FED.az xəbər verir ki, nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən belə bir qərar qəbul edib.