Rusiya və Çexiya arasında yaranmış diplomativ böhran çex pivəsinin Rusiyaya ixracına qadağa ilə nəticələnə bilər.
FED.az Kommersant qəzetinə istinadən bildirir ki, rəsmi Praqanın rus diplomatlarını ölkədən çıxarmasının cavabında Moskva iqtisadi sanksiyalar tətbiq edə bilər. Bunların bir istiqaməti də pivə idxalına qadağanın qoyulmasıdır.
Rusiya gömrüyünün məlumatlarına görə, 20202-ci ildə Rusiya ilə Çexiya arasında ticarət dövriyyəsi $5,2 mlrd. təşkil edib. Bu əvvəlki illə müqayisədə, koronavirusa görə 50% azdır.
«Kommersant» yazır ki, Rusiyada qadağan olunacaq Çexiya malları arasında pivə də olacaq. 2020-ci ildə Rusiya Çexiyadan 38 milyon dollarlıq pivə almışdı.
Hərçənd sahəvi təşkilatlar bildirir ki, bu addım Çexiya üçün böyük zərbə olmayacaq, sadəcə simvolik xarakter daşıyacaq.
Elə Rusiya üçün də bu ciddi itki deyil – bu ölkədə pivə digər içkilər bazarı illik 8 milyard litr təşkil edir. Bunun 40 milyon litri idxal edilir.
Amma Çexiyadan Rusiyaya pivə ilə yanaşı, məişət texnikası və avtomobil hetiyat hissələri də gətirilir.