Lavrov zaəvil, çto Rossiə prorabatıvaet vopros otkaza ot zapadnıx platejnıx sistem
Rusiya digər ölkələrlə əməliyyatlar zamanı dollardan imtina edərək milli valyutalarla əməliyyatlara keçməyə hazırlaşır.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Bundan başqa, rəsmi Moskva Qərbin nəzarətində olan ödəniş sistemlərindən də imtina etmək niyətindədir. Söhbət SWIFT ödəniş sistemindən gedir. «Bu Rusiyanın Avropa və ABŞ sanksiyalarından qorunması üçün lazımdır» – deyə nazir bildirib. . Hazırda Rusiyada SWIFT-in analoqunun yaradılmasına başlanılıb.
Xatırladaq ki, son vaxtlar Ukraynadakı vəziyyət və Navalninin həbsi ilə əlaqədar olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq dilməsi ilə bağlı çağırışlar səsləndirilir. Aprelin 11-də avropa parlamentinin aparıcı franksiyasının rəhbəri Manfred Veber Avropa Birliyini və ABŞ-ı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
«Oliqarxların bütün hesablarının dondurulması və Rusiyanın SWIFT sistemindən çıxarılması bu sanksiyalardan biri ola bilər»-deyə Veber bildirib.
Görünür, Rusiya hökuməti belə çağırışları hazırlaşır, Lavrov bir qədər əvvəl Çini də Qrbin nəzarətində olan ödəniş sistemlərindən çıxmağa və dollardan imtina etməyə çağırmışdı.
Yeri gəlmişkən, artıq Rusiyanın Avrasiya iqtisadi ittifaqı üzrə əməliyyatlarının 74%-i milli valyutala aparılır.
Bundan başqa, Rusiyanın Milli Rifah Fondundakı vəsaitlərdə də dollarıq payı azalaraq 45%-dən 35%-ə enib.
Rusiya Xarici İşlər Nazirliyində bildirirlər ki, Rusiyada yaradılan SWIFT-in analoqu yeni rəqəmsal texnologiyaların və blokçeynin məhsulu olacaq.
Qeyd edək ki, SWIFT – beynəlxalq banklararası informasiya ötürülməsi və və ödəniş sistemidir.
1973-cü ildə yaradılan sistemə dünyanın 220 ölkəsindən 11 min iri maliyyə və kredit təşkilatı qoşulub. Bu sistemlə hər gün milyondan artır maliyyə əməliyyatı aparılır. Bu sistemin üstünlükləri – ödənişlərin sürətli olması. Etibarlılıq, aşağı tariflərdir.
Hələ 2017-ci ildə Mərkəzi Bankın sədri Elvira Nabiullina prezident Putinə bildirmişdi ki, Rusiyada SWIFT-ə alternativ sistemm yaradılır. Bu sistem ona görə yaradılır ki, Rusiya banklarını SWIFT-dən ayırsalar ölkə maliyyə izolyasiyasında qalmasın.