Rusiya qarabaşağın ixracına müvəqqəti qadağa qoyub.
ləcə də bax: Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracında - Rekord
FED.az xəbər verir ki, Rusiya baş naziri Mixail Mişustinin imzası ilə təsdiqlənən bu qərar 2021-ci il avqustun 31-dək qüvvədə olacaq.
Sənədə əsasən bu qadağa Rusiyadan beynəlxalq yardımlar üçün çıxarılan və ölkə ərazisindən tranzitlə keçirilən məhsullara aid olmayacaq.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2020-ci ilin noyabrından etibarən qarabaşağın ixracının kəskin artımı müşahidə edilir. Bunun səbəbi dünya bazarındakı vəziyyətdir. Hərçənd nazirlik bildirir ki, Rusiyadakı istehsal həcmləri ölkəni qarabaşaqla təmin etməyə imkan verir.
2020-ci ildə qonşu ölkədə 893 min ton (2019-cu illə müqayisədə 13,6% artıq) qarabaşaq yığılıb.