İtlər və pişiklər üçün rus yemi artıq tədricən xarici bazarlara çıxarılır. Ən perspektivli ölkələr Avrasiya İqtisadi İttifaqı və qonşu ölkələrdir (Özbəkistan, Azərbaycan, Gürcüstan, Monqolustan və s.).
Rusiyada buğdanın ixrac vergisi artırılır
FED.az xəbər verir ki, bu barədə "Agroexport"un hesabatında bildirilir.
"2030-cu ilə qədər Rusiyadan itlər və pişiklər üçün yemlərin ixracı 200 min tonu keçə bilər", - hesabatda deyilir.
2023-cü ilin sonunda Rusiyada itlər və pişiklər üçün ümumi yem istehsalı 1 milyon 359 min ton təşkil edib.
Eyni zamanda, 2023-cü ildə dünya üzrə pişik və it yemi istehlakı 29,7 milyon ton təşkil edib. Əsas tələbat it yeminə - 20,4 milyon ton (68,6%), qalanı isə pişik yeminədir - 9,3 milyon ton (31,4%) olub. 2022-ci illə müqayisədə fiziki ifadədə istehlak 1,2% artıb. (Marja)