Azərbaycanda qızıl hasilatında azalma, gümüş hasilatında artım qeydə alınıb.
 
FED.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 3 ton 558 ,8 kq qızıl hasil edilib.
 
ELƏCƏ DƏ BAX: Qızıl və gümüşün – SON QİYMƏTİ
 
Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz azdır.
 
Gümüş hasilatında isə kəskin  artım qeydə alınıb. Yanvar-oktyabr aylarında 1 ton 927,2 kq gümüş hasil edilib ki, bu da keçən ilin anoloji dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.
 
Qeyd edək ki, keçən ilin yanvar-oktyabr aylarında ölkədə 5 ton 107,5 kq qızıl istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə  3,2 dəfə çox olub. Keçən ilin 10 ayında gümüş istehsalında isə 42,2 faiz artım qeydə olunub. 2016-cı ilin yanvar-oktyabr aylarında 433,5 kq qızıl hasil olunub.
                                                    
                                                    
                    Qızıl azalır, gümüş artır – REAL MƏNZƏRƏ
                            
                            
                        
                            19:07
                            4 Dek 2018
                        
                        



            
                
                
                
                
                
                
                
                
                
                
                
                







