Aralıq dənizinin turuizim mərkəzlərindən olan Alanyada ixrac edilən avokadoya tələbat artıb.
Eləcə də bax: Türkiyədə banan idxalı dayandı - 2,8 DOLLARA YÜKSƏLDİ
FED.az xəbər verir ki, bu il təxminən 50 milyon ədəd istehsal edilən avokado 1 ədədi 5 lirədən satılıb.
Antalyanın Alanya ilçəsi Türkiyədə avokado istehsalının təxminən 70%-ni qarşılayır. İstehsal edilən avokado 15 ölkəyə ixrac edilir.
Alanya Avokado İstehsalçıları Birliyi rəhbəri “İmmunitet sistemini gücləndirdiyi üçün pandemiya dövründə avokadoya tələbat artıb. Avokado əkildikdən 3-4 il sonra bar verən meyvədir. Biz 4-5 il sonra istehsalın 50 milyondan 250 milyona çatacağını düşünürük.” deyib.
Hazırda avokadonun tükəndiyini bildirən birliyin rəhbəri hasilatın bitdiyini, yeni sezonun avqust-may aylarında olacağını deyib.
Bloomberg-in araşdırmasına görə, pandemiya dövründə insanlar sağlam qidalanmağa üstünlük verməyə başlayıblar. Bu səbəbdən “fastfood” məhsullara təlabat azalıb və təbii məhsullara tələbat artıb. Avokado da tələbatın artdığı məhsullar sırasındadır.