Türkiyədəki banan ehtiyacının təxminən 75%-lik qisimini qarşılayan yerli istehsalda açıq sahədə məhsul yığımı tükənib. İdxal olunan banan epidemiya səbəbiylə ölkəyə girə bilmədiyinə görə bananın kilosu 20 lirəyə qədər artıb.
Eləcə də bax: 2 lirə mayasıdır - 1 LİRƏYƏ SATIRLAR
FED.az-ın məlumatına görə, yerli banan yığımı hər ilin sentyabr ayında başlayır və aprel-may aylarında başa çatır. Bu dövrdə idxal edilən bananın çoxalması ilə ölkədə banana tələbat təmin edilirdi. Bu il koronavirus epidemiyası ilə mübarizəyə görə ölkəyə banan idxalı dayandırılıb. Banan qiymətləri bazarda təklifin azalması ilə 20 lirəni çatıb.
Tələbatın 31,4%-ni idxal olunan bananla qarşılanır
Banan Türkiyədə Aralıq dənizinin sahil bölgələrində, şimalı yüksək hündürlük Toros dağları tərəfindən qorunmuş olan məhdud bir sahədə açıqda və örtüaltında yetişdirilir.
Hər il sentyabr və oktyabr aylarında tarlalarda başlayan yığım may ayında bitir. Türkiyədə ildə 480 min tona yaxın banan yetişdirilir ancaq banana olan tələbat 700 min tondur. Təxminən 220 min ton daxili tələbat çatışmazlığı Ekvador, Guatamala, Kosta Rika, Kolumbiya və Filippin kimi ölkələrdən gətirilən bananlarla ödənilir.
"Bağlarda banan qalmayıb"
Hər il bazarda yerli istehsal bananlarının azalması ilə bananın qiymətinin artmağa başladığını ifadə edən Alanya Əkinçilik Otağı Tahir Göktepe “Bağlarda heç bir banan yoxdur. Örtülü sahələrdə 5%-lik banan var. Bu 5%-lik məhsulun ikiqat məhsula keçmə deyə bir sistemi də var, lakin bu da daxili bazar üçün kifayət etməyəcəkdir. Başqa sözlə, bu dövrlərdə tələbatı ödəyə bilmirik. Hazırda banan qiymətinin yüksək olmasının səbəbi banan yığımının olmaması ilə əlaqədardır. Hər ilin bu vaxtı tarlalarda banan olduğuna görə bu vəziyyət yaşanır.
İyun ayının sonunda məhsul yenidən artacaq. Məhsul yığımı sentyabr-oktyabr aylarında başlayacaq. Ancaq hazırda açıq və ya qapalı ərazilərdə məhsul yığımı yoxdur.