Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 329 605,0 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2%, bu ilin yanvar ayı ilə müqayisədə isə 1,2% azdır.
FED.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, bu ilin fevral ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19,6% artaraq 86 308,7 min manat olub. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu göstərici 2,3% artıb.
Həmçinin, cari ilin fevral ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 7,4% azalaraq 86 308,7 min manat (bu ilin yanvar ayı ilə müqayisədə 2,4% az), aksizlər üzrə 18,3% azalaraq 9 834,1 min manat (yanvarla müqayisədə 1,6% artım), yol vergisi üzrə daxilolmalar isə 6,4% artaraq 3 381,9 min manat (yanvarla müqayisədə 10% az) təşkil edib.
Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% artaraq 170 670,1 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 3,3% azalaraq 465 985,3 min manata bərabər olub.
Aksizlər üzrə cari ilin ilk iki ayı ərzində daxilolmalar 32,5% azalaraq 19 513,4 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 7 137,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrümdə qeydə alınan göstəricidən 11% çoxdur.
Apa