Azərbaycanda ölkə iqtisadiyyatında inflyasiya yaradan məhsulların istehsalı təşkil olunmalıdır.
Eləcə də bax: Azərbaycanda buğda istehsalı 1%, arpa istehsalı -12% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov "2021-ci ilin sosial-iqtisadi nəticələri: inkişaf perspektivləri" mövzusunda elmi seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, elə komponentlər və məhsullar var ki, ölkədə onların istehsalı mümkün deyil: "Niyə? Səbəbi nədir? Biz idxalın strukturuna baxmalıyıq və o strukturu tədricən azaltmalıyıq. Elə etməliyik ki, bizdə inflyasiya yarada məhsullar, komponentlər Azərbaycanda istehsal olunsun. Azərbaycanda böyük sənaye parkları, sənaye məhəllələri tikilib istifadəyə verilib. Amma istisna deyil ki, bu problem 2022-ci ildə də qarşımıza çıxacaq. Bunun öhdəsindən gəlməliyik", - deyə V. Əhmədov qeyd edib.
Xatırladaq ki, ötən il Azərbaycanda inflyasiya 6,7%, dekabrda isə 12% səviyyəsində olub.