2021-ci ildə Azərbaycanda 1,885 milyon ton buğda, 1,147 milyon ton arpa istehsal olunub.
Eləcə də bax: “Azərbaycan buğdanı niyə ancaq Rusiyadan alır?”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 0,9% və 12,4% çoxdur.
Ötən il ölkədə 572 min hektar sahədən buğda, 374 min hektar sahədən isə arpa yığılıb. Orta məhsuldarlıq müvafiq olaraq 32,9 sentner və 30,7 sentner təşkil edib. Bunlar isə əvvəlki ilə nisbətən 1,2 sentner və 1,1 sentner çoxdur.