Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 12,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Eləcə də bax: Azərbaycanın ixrac-idxalı kəskin azalıb – MÜSBƏT SALDO ARTIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır.
6 aylıq xarici ticarət dövriyyəsinin 7,7 milyard dolları ixracın, 5 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23%, idxal isə 28,9% azalıb.
Son nəticədə xarici ticarətdə 2,7 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 9% azdır. (Report)