Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayüisədə 23% azalaraq 11 milyard 137 miloyon dollar olub.
Eləcə də bax: Koronavirusa görə Azərbaycandan qeyri-neft ixracı - 6% AZALIB - BÜTÜN GÖSTƏRİCİLƏR
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ilk 5 ayda ölkədən xaricə ixrac 6 milyard 972 milyon dollar, idxal isə 4 milyard 165 milyon dollar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 19%, idxal isə 28,6% azalıb.
İlk 5 ayda ölkənin xarici ticarət saldousu müsbət olub və ticarətin kəskin azalmasına baxmayaraq saldo artıb.
Yanvar-may aylarında müsbət saldo 2 milyard 807 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon dollar və ya 1% artıqdır.