Azərbaycan 2022-ci ildə Rusiyaya ixrac etdiyi alkoqollu içkilərin həcmini 10 dəfədən çox artırıb.
Azərbaycanda siqaret və alkoqollu içkilər üçün - Aksiz Dərəcələri Artırılacaq
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Ölkədən şimal qonşuya ümumilikdə 10.59 milyon dollar həcmində alkoqollu içmi ixrac edilib.
Butulkada olan 206.87 min dekalitr həcmində üzüm çaxırı ixrac edib. Bunun da idxal dəyəri 4.39 milyon dollardır.
Ölkədən ixrac olunan ən böyük həcmli ikinci məhsul isə viski olub. Azərbaycanda istehsalına yenicə başlanılan bu tünd içkinin Rusiyaya ixrac həcmi 120.21 min dkl təşkil edib ki, bu da idxalın 3.96 milyon dollar olması deməkdir.
Azərbaycanda yerli biznes viski istehsalında son ildə daha böyük həvəs göstərdi. Ölkənin alkoqol istehsal edən zavodları 2022-ci ildə 95.95 min dkl həcmində viski istehsal edib. Bu 2021-ci ildə cəmi 3.7 min dkl idi. Bu da o deməkdir zavodlar istehsalı 26 dəfə böyütmüş olub.
Hazırda Rusiya-Ukrayna müharibəsindən sonra ölkədə Qərb dövlətlərindən məhsul idxalı çətinləşib. Görünür cari durum digər ölkələr üçün spirtli içkilərin ixracı üçün yeni imkan açır.
Hesabat ilində ölkəmizdən Rusiyaya ixrac edilən üçüncü ən çox valyuta gətirən alkoqollu içki isə brendidir. 26.40 min dkl, yaxud 1.53 mln. dollar dəyərində brendi ixrac edilib.
Rusiyaya ixrac edilən əsas alkoqollu içki |
||||
Məhsul |
2022 |
2021 |
||
Miq, min dkl | Min $ | Miq, min dkl | Min $ | |
Şərab | 206.9 | 4,392.9 | 4.8 | 101.5 |
Viski | 120.2 | 3,964.0 | 0.1 | 10.1 |
Brendi (konyak) | 26.4 | 1,530.1 | 22.4 | 729.9 |