Rusiya Federasiyasına pomidor ixrac edən ölkələrin sırasındA Azərbaycan yerini daha da gücləndirib. Söhbət 2019-cu il üzrə statistikadan gedir.
Eləcə də bax: Oktyabrda Azərbaycandan pomidor ixracı - Yenidən Artmağa Başlayıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, TradeMap-ın açıqlamasına görə, RF Azərbaycandan ötən il 172 min ton həcmində təzə pomidor alıb.
Rusiyaya dünya ölkələrindən ümumidə 558 min ton həcmində pomidor gətirilib. Bazarın əsas payçısı Azərbaycan (31%), Türkiyə (17%), Çin (12%) və Mərakeş (9%) olmuşdur.
2018-ci ildə Azərbaycanın payı 29%,Mərakeşin payı 16%, Çinin payı 15%, Belarusiyanın payı 10% və Türkiyə və Ermənistanın hər biri olmaqla payları isə 6% idi.
| № | Ölkələr | 2018 | 2019 | 
| 1 | Azərbaycan | 169,870 | 172,359 | 
| 2 | Türkiyə | 34,873 | 93,966 | 
| 3 | Çin | 87,993 | 69,386 | 
| 4 | Mərakeş | 91,577 | 53,651 | 
| 5 | Belarusiya | 57,063 | 49,213 | 
| 6 | Özbəkistan | 25,343 | 29,326 | 
| 7 | İran İslam Respublikası | 34,818 | 26,035 | 
| 8 | Ermənistan | 36,690 | 22,736 | 
| 9 | Qazaxıstan | 18,642 | 16,732 | 
| 10 | Türkmənistan | 5,270 | 11,972 | 
| Dünya üzrə | 577,735 | 557,708 | 




                            
                            
                        
            
                
                
                
                
                
                
                
                
                
                
                
                







