Azərbaycan 2023-cü ildə İspaniyaya “Extra virgin” rafinə olunmamış zeytun yağı ixracına başlayıb.
Azərbaycan xaricdən zeytun yağını - NEÇƏYƏ ALIR? - QİYMƏTLƏR
FED.az xəbər verir ki, Azərbaycan 2023-cü ilin noyabr ayında İspaniyaya 0,6 milyon avroya yaxın məbləğdə 110 ton zeytun yağı ixrac edib.
Statistik məlumatlara görə, Avropa İttifaqı ölkələri 2023-cü ildə Azərbaycana təxminən 0,6 milyon avro dəyərində (azalma 1%) 80 tona yaxın “Extra virgin” rafinə olunmamış zeytun yağı (azalma 28,4%) ixrac edib.
Tədarükün əsas hissəsi İtaliya və İspaniyanın payına düşüb: belə ki, hesabat dövründə İtaliya Azərbaycana 0,3 milyon avro dəyərində (artım 3,7%) 45 tona yaxın (azalma 24%), İspaniya isə 0,2 milyon avro dəyərində (azalma 10,4%) 32 tona yaxın zeytun yağı (azalma 36,3%) ixrac edib. (İnterfaks-Azərbaycan)