2018-ci il yanvarın 22-dən Azərbaycana idxal olunan tütünlə yanaşı spirtli içkilərə də tətbiq olunan aksiz dərəcəsi artırılıb.
FED.az xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərar əsasən, səməni pivəsinin idxalı bir litr üçün 1,7 manat, üzüm şərabları - bir litr üçün 3,5 manat, şampan şərabları - bir litr üçün 5 manat, viski, araq, likör, romn idxalı bir litr üçün 10 manatadək artırılıb.