1995-2017-ci illərdə Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin siyahısı açıqlanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev FED.az-a bildirib ki, ilk beşlikdə Türkiyə, Gürcüstan, İsveçrə, Rusiya, Böyük Britaniya qərarlaşıb.
Onun sözlərinə görə, hesabat dövründə Türkiyəyə 14 milyard dollar, Gürcüstana 3 milyard dollardan çox, İsveçrəyə 1, 2 milyard dollar, Rusiyaya 1,1 milyard, Böyük Britaniyaya 800 milyon dollardan çox investisiya yatırılıb.