Öz əsərlərində irqi və icma məsələlərinə toxunan yazıçı Ceyms Alan Makferson seqreqasiya və hüquqi təhsilin dar prizmasını aradan qaldırıb belletristika üzrə Pulitzer mükafatı alan ilk qaradərili yazıçı olur. O, çərşənbə günü Ayova Sitidə 72 yaşında vəfat edir.
Onun ölümü barədə fəxri professor olduğu Ayova universitetində Yazıçılar Seminarında bildirilmişdi. Ölümünün səbəbi kimi pnevmoniyanın ağır forması oldu.
Cənubda böyüyən kiçik oölan uşağı ikən cənab Makferson Savannada Korneginin İctimai Kitabxanasının rəngli bölməsi adlandırdığı yeri tapmazdan əvvəl o, komikslərin böyük həvəskar oxucusu idi.
“Atlantaya yaxınlaşmaq” adlı memuarında o yazırdı: “İlk dəfə şəkilsiz sözlər müəmmalı bir sirr kimi görünürdü. Lakin onlar öz sehrli mənalarını mənə açdı, digər dünyalar barədə danışmağa başladı, və məni ağrının digər insan həyatlarının bir hissəsi olduğunu öyrənməyə vadar etdi. Bir müddət sonra mən onları daha sürətlə oxuya bilirdim və yaşadığım dünyaya artıq inanmırdım.”
O zamanlar hüquq məktəbində o, “The Atlantic Monthly” jurnalının sponsorluq etdiyi “Gold Coast” adlı qapıçı işləyən qaradərili ümidverici yazıçı ilə onun yaşlı ağdərili supervayzeri arasındakı əlaqədən bəhs edən yarıavtobioqrafik qısa hekayə müsabiqəsinin qalibi oldu.
Hekayə 1969-cu ildə onun ilk qısa hekayələr kolleksiyası olan “Hay-küy”ə daxil edildi və bunu hətta Lourens Lefor “The New York Times”ın kitab resenziyasında “yüksək dərəcədə hərəkətli, həyəcanlandırıcı və cəzbedici” deyə tərifləmişdi. Atlantika onu redaktor-yazar kimi işə götürür və Publishers Weekly onu “həddən artıq istedadlı” və “çox fərqli” biri kimi qələmə verir.
1978-ci ildə onun növbəti antologiyası “Elbou Otağı” belletristika sahəsində Pulitzer mükafatı alır və “The Kenyon Review”nun keçmiş redaktoru Robi Makoley tərəfindən “The New York Times”ın kitab resenziyasında “ödil və hekayənin incəliklərini, xarakterlərin insani dəyərlərin dərinliyini əks elətdirə bildiyinə görə” alqışlanır. Qeyd edək ki, əvvəllər qaradərililər poeziya da daxil olmaqla digər kateqoriyalarda qalib olmuşlar.
“Hay-küy”də də olduğu kimi müəllif öz nöqteyi-nəzərini qaradərili yazıçı kimi deyil, sadəcə bir yazıçı və qaradərili adam kimi gözəl ifadə etmişdir. O, dəri rənginin altından da dərin anlamları görüb öz obrazlarının qəlbindəki münasibətlər klişesinə toxuna bilmişdir, bu isə qavrayış növünün görünməz rəng çalarını (baryerini) nadir hallarda çatdırmağa qadir olduğu Amerika belletristikasında çox az müşahidə olunan bacarıqlardandır” deyə Makoley bildirir.
“Maksimal Şəhər” adlı memuarın yazarı, 2005-ci ildə Pulitzer finalçısı olan və müəllimi Makferson olan Suketu Mexta deyirdi ki, onun esseyləri amerikan məktublarının humanist ənənəsinə aiddir: ölkədəki iqtisadi və irqi ədalətsizliyə qarşı olan qəzəb, o cümlədən kasıb cənubi qaradərililərlə kasıb cənubi ağdərililər arasında ağlabatmaz alyansların formalaşmasına dair daimi qiymətləndirilməsi”.
1981-ci ildə Makferson “John D. and Catherine T. MacArthur” Fondunun “Dahilər Premiyası” adlı mükafatını alan 21 “hədsiz istedadlı” insanlar arasında yer tuturdu.
Kiçik Makferson 1943-cü ilin 16 sentyabrında Corciya, Savannada anadan olmuşdu. Atası ştatda ilk qaradərili elektrik ustası idi. Lakin davamlı sürən irqi ayrıseçkilik üzündən baş verən gecikmələrə görə o, alkoqol aludəçisi olur və mərc oyunlarında çoxlu sayda borclanır, buna görə də bir müddət həbs edilir. Anası Meybl Smol (ing. Mabel Small) qulluqçu işləyirdi. Ceyms özü isə qəzetlərin ünvana çatdırılması işi ilə məşğul olaraq ailəsinə kömək edirdi.
O, Sara Lin Çarlton ilə ailə qurur. Onların nigahı sonda boşanma ilə nəticələnir. Onun reyçl Makferson adlı bir qızı, Benjamin adlı oğlu, Meri Makferson adlı bacısı və Riçard adlı bir qardaşı vardı.
O, özəl məktəblərdə oxumuş, dəmiryol vaqon-restoranında ofisiant işləyərək Atlatada yerləşən Morris Braun Kollecində 1965-ci ildə bakalavr dərəcəsi almışdı.
Harvard Hüquq Məktəbini bitirmiş, lakin hüquq karyerasından imtina etmək qərarına gəlmiş və əvəzində Ayova universitetinin Yazıçılar Seminarlna qəbul olmuş, orada təsviri incəsənət sahəsində magistr dərəcəsi almışdı.
Mənbə: www.nytimes.com