Banner

Hesabatlar

"Zirə Peşəkar Futbol Klubu"nun - XALİS MƏMFƏƏTİ 34% ARTIB

"Zirə Peşəkar Futbol Klubu"nun - XALİS MƏMFƏƏTİ 34% ARTIB | FED.az
20:47 29 İyun 2020

"Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub.

Eləcə də bax: "Sabah Futbol Klubu" ötən ili - MƏNFƏƏTLƏ BAŞA VURUB

FED.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 34% çoxdur.

Ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə də təxminən 15% çox), fövqəladə xərcləri 5 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmləri isə 14 min manat (təxminən 34% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Zirə Peşəkar Futbol Klubu"nun aktivləri 193 min manat olub ki, bu da illik müqayisədə təxminən 74% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 7% artaraq 308 min manata çatıb, balans kapitalındalı çatışmazlıq isə 35% azalaraq 115 min manata düşüb.

Xatırladaq ki, "Zirə Peşəkar Futbol Klubu" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. 

"Report"

Digər xəbərlər

Banner