"Sabah Futbol Klubu" 2019-cu ili 397 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Klub 2018-ci ildən 101 min manat xalis zərərlə çıxmışdı.
Eləcə də bax: "Zirə Peşəkar Futbol Klubu"nun - XALİS MƏMFƏƏTİ 34% ARTIB
FED.az xəbər verir ki, ötən il "Sabah Futbol Klubu"nun əməliyyat gəlirləri 6,2 milyon manat (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), əməliyyat xərcləri 5,8 milyon manat (3,1 dəfə çox), maliyyə xərcləri 19 min manat (2,4 dəfə çox), məzənnə fərqindən zərəri 19 min manat (2,85 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 37 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Sabah Futbol Klubu"nun aktivləri 911 min manat olub ki, bu da illik müqayisədə təxminən 78% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri təxminən 1% azalaraq 616 min manata düşüb, balans kapitalındakı 112 min manatlıq çatışmazlıq isə 296 min manatlıq kapitalla əvəz olunub, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 20 min manata çatıb.
Xatırladaq ki, "Sabah Futbol Klubu" 2017-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 21 min manatdır.
"Report"