“Xəyal Adası” MMC ötən ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri 30 milyon 368 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 133 milyo 566,2 min manat (80,7%) artıb.
Satışın maya dəyəri 15 milyon 30 min manat olub ki, bu da son bir ildə 12 milyon 409,1 min manat (5,7 dəfə) çoxdur.
Beləliklə şirkət ötən il 15 milyon 337 min manat ümumi mənfəət əldə edib.
Şirkətin əməliyyat zərəri 2 milyon 513 min manat (46,4%) azalaraq 2 milyon 908 min manata düşüb.
Cəmi zərərdə isə 249,3 min manatlıq (3,6%) azalma qeydə alınıb. Beləliklə şirkət 2022-ci ili 6 milyon 605 min manat xalis zərərlə başa vurub.
Ümumilikdə şirkət 8 milyon 886,5 min manatlıq zərər edib. 2021-ci ildəki zərəri isə 9 milyon 195 min manat idi. Beləlikə şirkətin zərəri 308,5 min manat (3,4%) azalıb.
“Xəyal Adası” MMC-nin aktivləri 310 milyon 960 min manat təşkil edib. Akitvlər son bir ildə 17 milyon 896 min manat (5,4%) azalıb.
Şirkətin öhdəlikləri isə 8 milyon 709,8 min manat (5,6%) azalaraq 147 milyon 610,9 min manata düşüb.
Kapitalın həcmində 8 milyon 886,5 min manat (5,2%) azalma qeydə alınıb və 163 milyon 349,2 min manat olub.
Nizamnamə kapitalı 100 milyon manat olaraq qalıb və dəyişiklik olmayıb.
Şirkət 2021-ci ildə 635 min 803 manat bölüşdürülməmiş mənfəət əldə etməsinə baxmayaraq 2022-ci ildə 6 milyon 29 min 202 min manat həcmində ödənilməmiş zərər edib.