“Bi Aqro” MMC ötən ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2 milyon 888,2 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 736,9 min manat (34,3 %) artıb.
Satışın maya dəyəri 530,2 manat olub ki, bu da son bir ildə 2,9 dəfə azalma deməkdir.
Beləliklə şirkət ötən il 2 milyon 357,9 min manat ümumi mənfəət əldə edib.
Şirkət 2022-ci ili 1 milyon 125,2 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə isə 780,8 min manatlıq zərər etmişdi.
“Bi Aqro” MMC-nin aktivləri 7 milyon 639,8 min manat təşkil edib. Akitvlər son bir ildə 236,4 min manat (3%) azalıb.
Şirkətin öhdəlikləri isə 570,7 min manat (37,4%) azalaraq 957,1 min manata düşüb.
Kapitalın həcmində 334,2 min manat (5,3%) artım qeydə alınıb və 6 milyon 682,8 min manat olub.
Nizamnamə kapitalı 6 milyon 154 manat olaraq qalıb və dəyişiklik olmayıb.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 2,8 dəfə artaraq 528,8 min manata çatıb.