“VİP Xidmətlər Qrupu” MMC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2024-cü ili 12milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 3,9 milyon manat və ya 48,8% çoxdur.
Şirkətin gəlirləri 37,2 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 8 milyon manat, başqa sözlə 27,3% artımdır.
Maya dəyəri 14,7 milyon manata bərabər olub. Bu da illik müqayisədə 3,1 milyon manat və ya 27,4% artım deməkdir.
Nəticədə şirkətin ümumi mənfəəti illik 4,8 milyon manat (27,4%) artaraq 22,6 milyon manata yüksəlib
İnzibati və digər əməliyyat xərcləri 7,0 milyon manata enib. Bu, illik 1,5 milyon manat (17,2%) azalmadır.
Digər xərclər/gəlirlər maddəsi üzrə isə 432,8 min manatlıq zərərin əksinə olaraq bu il 1,1 milyon manatlıq xərc yaranıb.
Bununla şirkətin əməliyyat gəliri 15,5 milyon manat olub. Bu da, illik müqayisədə 6,7 milyon manat (77,0%) artıma bərabərdir.
İnvestisiyalar üzrə dividend gəliri 1 milyon manat olub.
Maliyyə xərcləri 214,6 min manat, məzənnə fərqi üzrə xalis gəlir isə 4,6 min manat təşkil edib.
Nəticədə, şirkətin vergidən əvvəlki mənfəəti 15,2 milyon manata bərabər olub. İllik müqayisədə bu mənfəətdə 5,1 milyon manat (49,8%) artım baş verib.
Mənfəətin artması ilə əlaqədar olaraq, mənfəət vergisi xərci də 3,3 milyon manat olub.
“VİP Xidmətlər Qrupu” 2024-cü ildə 49,1 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər 2023-cü ilin sonu ilə müqayisədə 3,2 milyon manat (7,1%) böyüyüb..
Cəmi uzunmüddətli aktivlər 33,6 milyon manat olub. Bu da illik 3,4 milyon manat (11,4%) artımdır.
Torpaq, tikili və avadanlıqlar 3,1 milyon manat (43,7%) artaraq 10,2 milyon manata yüksəlib.
Asılı müəssisələrə qoyulmuş investisiyalar isə 23,4 milyon manat olub.
Cəmi cari aktivlər isə 15,5 milyon manat olub. Bu, illik 228,2 min manat (1,4%) azalma deməkdir
Ticarət və digər debitor borcları 3,6 milyon manat təşkil edib.
Mal-material ehtiyatları 10,5 milyon manata bərabər olmaqla illik 1milyon manat (10,5%) artıb.
Pul vəsaitləri 497,3 min manat (35,2%) azalaraq 914,8 min manata düşüb.
Cəmi öhdəliklər 13,9 milyon manat təşkil edib. Bu da illik 695,1 min manat (5,3%) artımdır.
Uzunmüddətli öhdəliklər 9,4 milyon manat səviyyəsində dəyişməz qalıb.
Cəmi cari öhdəliklər isə 4,5 milyon manata bərabər olub ki, nəticədə 695,1 min manatlıq (18,3%) artım baş verib.
Müddətli borc öhdəlikləri 1,9 milyon manat (2,4 dəfə) artaraq 3,3 milyon manata yüksəlib.
Ticarət və digər kreditor borcları isə 1,1 milyon manat (53,1%) azalaraq 952,1 min manata düşüb.
Cəmi kapital 35,2 milyon manata yüksəlib. Bu isə son bir ildə 2,5 milyon manat (7,7%) artım deməkdir.
Nizamnamə kapitalı 100 min manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət isə 35,1 milyon manata bərabər olub. İllik müqayisədə 2,5 milyon manatlıq (7,7%) artım qeydə alınıb.














