“Diadem” ASC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki. şirkət 2024-cü ili 5,5 milyon manat xalis zərərlə başa vurub. Bu, ötən ilki 1,9 milyon manatlıq mənfəətlə müqayisədə 7,4 milyon manatlıq bir pisləşmədir.
Şirkətin gəlirləri 30,4 milyon manata enib. Bu, ötən ilə nisbətən 28,0 milyon manat (47,9%) azalmadır.
Maya dəyəri xərcləri 32,4 milyon manat təşkil edərək, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 milyon manat (31,2%) azalıb.
Nəticədə şirkətin ümumi mənfəəti ötən ilki 11,3 milyon manatlıq mənfəətin əksinə olaraq, bu il 2 milyon manatlıq zərərlə yekunlaşıb.
Hesabatın ən vacib dəyişikliyi isə sair əməliyyatlarda baş verib. Şirkət 5,0 milyon manatlıq “Sair əməliyyat gəliri” əldə edərək, 2milyon manatlıq ümumi zərərini kompensasiya edib və 474,4 min manatlıq əməliyyat gəlirinə çıxıb.
Lakin bu müsbət dinamikanı maliyyə xərcləri tamamilə silib. Maliyyə xərcləri 7,3 milyon manat təşkil edib. Bu da illik 6,3 milyon manat (7 dəfə) artım deməkdirdır.
Bu amillərin birgə təsiri ilə şirkətin vergidən əvvəlki nəticəsi ötən ilki 2,3 milyon manatlıq mənfəətdən 6,9 milyon manatlıq zərərə keçib.
Müsbət hal kimi, şirkət 1,4 milyon manatlıq mənfəət vergisi üzrə qazanc əldə edib.
Şirkətin cəmi aktivləri 114,4 milyon manata çatıb. Bu, ilin sonu ilə müqayisədə 11,5 milyon manat (11,2%) artımdır.
Cəmi uzunmüddətli aktivlər 5,2 milyon manat olub. Bu da illik 233,5 min manat (4,7%) artımdır.
Torpaq, tikili və avadanlıqlar 1,2 milyon manat (25,2%) azalma ilə 3,6 milyon manata düşüb.
Təxirə salınmış vergi aktivləri isə 1,5 milyon manat (13,3 dəfə) artaraq 1,6 milyon manata çatıb.
Cəmi qısamüddətli aktivlər isə 109,2 milyon manata yüksəlib. Bu, illik 11,3 milyon manat (11,5%) artımdır.
Mal-material ehtiyatları 31,4 milyon manata enərək 6,4 milyon manat (17%) azalıb.
Debitor borcları 36 milyon manata bərabər olub ki, bu da 2023-cü ilin sonuna nəzərən 12,4 milyon manat (52,5%) artım deməkdir.
Müqavilə üzrə görülmüş işlər 25,3 milyon manata bərabər olub. Bu göstərici illik müqaisədə 7,5 milyon manat (41,9%) artıb.
Avans ödənişləri 11,3 milyon manat olub.
Pul vəsaitləri isə 691,3 min manata enərək 1,3 milyon manat (2,8 dəfə) azalıb.
"Diadem" ASC-nin cəmi kapitalı 2024-cü ilin sonunda mənfi 408,6 min manata enib. Bu isə ötən ilki 5 milyon manatlıq müsbət kapitalla müqayisədə 5,4 milyon manatlıq bir azalmadır və şirkətin bütün kapitalını itirdiyini göstərir.
Bu azalmanın əsas səbəbi, bölüşdürülmüş mənfəətin 2,0 milyon manatdan mənfi 3,5 milyon manata enməsidir.
Cəmi öhdəliklər 114,8 milyon manata çatıb. Bu da illik 16,9 milyon manat (17,2%) artımdır.
Uzunmüddətli öhdəliklər 95,1 milyon manat olub. Bu, illik 14,4 milyon manat (17,9%) artımdır.
Qısamüddətli öhdəliklər isə 19,7 milyon manata yüksələrək 2,5 milyon manat (14,3%) artıb.