Azərbaycanda fəaliyyət göstərən “Union Lizinq” ASC 2020-ci ilin I yarım ilinə olan hesabatını açıqlayıb.
Eləcə də bax: «Plato Capital and Co» İnvestisiya şirkəti - ZƏRƏR AÇIQLADI
FED.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 205 min 160 manat (ötən ilin eyni dövrünə görə 44,2% və ya 162,5 min manat azalma), inzibati xərcləri 18 min 898 manat (ötən ilin eyni dövrünə görə 21,8% və ya 3,4 min manat artım), sair əməliyyat xərcləri 26 min 193 manat (ötən ilin eyni dövrünə görə 10,7% və ya 3,1 min manat azalma) olub.
Nəhayət, şirkət bu ilin I yarım ilində 160 min 69 manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 162,7 min manat azalıb.
Lizinq şirkəti 2020-ci ilin ilk yarısını 32 min 14 manat ödədikdən sonra 128 min 55 manat xalis mənfəətlə başa vurub.
“Union Lizinq” 2020-ci ilin iyulun 1-ə olan cəmi aktivləri 6 milyon 660 min 509 manat (bu ilin əvvəli ilə müqayisədə 2% və ya 127,5 min manat artım), cəmi öhdəlikləri 6 milyon 450 min manat (bu ilin əvvəli ilə müqayisədə 600 min manat azalma), cəmi kapitalı 210 min 509 (bu ilin əvvəli ilə müqayisədə 2,5 dəfə və ya 128,1 min manat artım) manatdır.
Şirkətin lizinq portfeli bu ilin ilk yarısında 4 milyon 574 min 289 manat olub. Şirkətin lizinq portfeli 6 ayda 20% və ya 1 milyon 136,7 min manat azalıb. Qeyd edək ki, ilin əvvəlində lizinq portfeli 5 milyon 711 manat olmuşdu.
Şirkətin bölüşdürülməmiş mənfəəti 4 dəfə artıb. Belə ki, ilin əvvəlində şirkətin bölüşdürülməmiş mənfəəti 42,5 min manat olsa da I yarım ildə 170 min 509 manat olub.