"Təmiz Şəhər" ASC 2024-cü ilin 31 dekabr tarixinə bitən il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ildə 41 milyon 576 min manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə (33 milyon 399 min manat) 8 milyon 177 min manat (24,5%) artım deməkdir.
Əmək haqqı və əlaqədar xərclər 12 milyon 509 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 1 milyon 241 min manat və ya 11% çoxdur.
Elektrik enerjisi üzrə maya dəyəri 10 milyon 935 min manat olub. Bu il ərzində 575 min manat və ya 5,6% artım deməkdir.
Sosial təminat xərcləri 2 milyon 620 min manata bərabər olub. Bu göstərici 255 min manat və ya 10,8% artıb.
Köhnəlmə və amortizasiya xərcləri 977 min manat və ya 65,6% artımla 2 milyon 466 min manat təşkil edib,
İstismar və təmir xərcləri də 124 min manat və ya 10,1% artaraq 1 milyon 353 min manata yüksəlib.
Material xərcləri 1 milyon 244 min manat təşkil edib və bu istiqamətdə 388 min manat və ya 23,8% azalma qeydə alınıb.
Peşəkar xidmətlər üzrə xərclər 1 milyon 68 min manat təşkil edib, bu isə 28 min manat və ya 2,6% azalma deməkdir.
Mənfəət vergisindən başqa digər vergi xərcləri 1 milyon 21 min manata bərabər olub. 2023-cü ilə nəzərən 14 milyon 68 min manat və ya 93,2% (təxminən 14,8 dəfə) azalma baş verib.
Kommunal 109 min manat və ya 11,8% azalaraq xərclər 814 min manata düşüb.
Ekologiya xərcləri 712 min manata bərabər olub. İllik müqayisədə 2 milyon 939 min manat və ya 80,5% (təxminən 5,1 dəfə) azalma qeydə alınıb.
Şirkətin cəmi əməliyyat xərcləri 2024-cü ildə 35 milyon 858 min manata bərabər olub. Bu, 2023-cü illə müqayisədə (50 milyon 240 min manat) 14 milyon 382 min manat (28,6%) azalma deməkdir.
Əmlak və avadanlıqların dəyərsizləşməsi üzrə zərər 895 min manat (72,7%) artaraq 2 milyon 127 min manata, debitor borcları üzrə ehtimal olunan kredit zərərləri 2 milyon 973 min manat (115,2%) və ya təxminən 2,2 dəfə artaraq 5 milyon 553 min manata çatıb.
Məzənnə fərqləri üzrə xalis zərər 52 min manata bərabər olub. Bu rəqəm il ərzində 47 min manat ( və ya təxminən 11,8 dəfə artıb.
Maliyyə xərcləri 241 min manat təşkil edib. Bu, 2023-cü ildə bu göstərici olmayıb.
Maliyyə gəliri 174 min manat (40%) artımla 609 min manata yüksəlib.
İl üzrə xalis zərər 2024-cü ildə 1 milyon 667 min manata bərabər olub. Bu, 2023-cü illə müqayisədə (19 milyon 932 min manat) 18 milyon 265 min manat (91,6%) və ya təxminən 12 dəfə azalmadır.
İl üzrə cəmi məcmu zərər də 1 milyon 667 min manat təşkil edib.
Təmiz Şəhər” ASC-nin maliyyə hesabatına əsasən, şirkətin cəmi aktivləri 2024-cü ilin sonu üzrə 60 milyon 857,9 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (53 milyon 633,7 min manat) ilə müqayisədə 7 milyon 224,3 min manat və ya 13,5% artım deməkdir.
Şirkətin uzunmüddətli aktivləri 19 milyon 548,0 min manata bərabər olub Bu 2023-cü illə müqayisədə 3 milyon 661,1 min manat və ya 23% artıb.
Əmlak və avadanlıqların dəyəri 3 milyon 547,5 min manat və ya 22,8% artımla 19 milyon 107,2 min manata, qeyri-maddi aktivlər isə 384,4 min manat və ya 7,8 dəfə) artımla 440,8 min mana yüksəllib.
Əmlak və avadanlıqlar üzrə avans ödənişi 2023-cü ildə 270,8 min manat təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici tamamilə sıfırlanıb (100% azalma).
Şirkətin cari aktivləri 41 milyon 309,9 min manata bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon 563,2 min manat və ya 9,4% artım deməkdir.
Mal-material ehtiyatları 80,1 min manat və ya 6,7% artımla 1 milyon 266,9 min manata yüksəlib.
Avans ödənişləri 331,5 min manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 974,9 min manat və ya 74,6% (təxminən 3,9 dəfə) azalıb.
Vergilər üzrə debitor borcları 2 milyon 39,0 min manat təşkil edərək yenidən formalaşıb.
Debitor borcları 60,9 min manat və ya 7% artaraq 928,8 min manata yüksəlib.
Bankda yerləşdirilmiş depozit 2023-cü ildə 17 milyon 400,0 min manat təşkil etdiyi halda, 2024-cü ildə tamamilə geri çəkilib (100% azalma).
Pul vəsaitləri və onların ekvivalentləri 33 milyon 724,3 min manat olub. Bu, 2023-cü illə müqayisədə 20 milyon 275,3 min manat və ya təxminən 2,5 dəfə artım deməkdir.
Digər cari aktivlər 517,2 min manat və ya 14,6% azalaraq 3 milyon 19,4 min manata düşüb.
Şirkətin cəmi öhdəlikləri 2024-cü ilin sonu üzrə 4 milyon 883,3 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 346,8 min manat və ya 7,6% artım deməkdir.
Uzunmüddətli öhdəliklər (ətraf mühitin qorunması ilə bağlı ehtiyatlar) 3 milyon 887,2 min manata bərabər olmaqla il ərzində 568,2 min manat və ya 17,1% artıb.
Cari öhdəliklər isə 996,1 min manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 221,4 min manat və ya 18,2% azalıb.
Kreditor borcları və digər ödəniləcək vəsaitlər 996,1 min manat təşkil edib və 132,5 min manat və ya 15,3% artıb.
Vergilər üzrə ödəniləcək vəsaitlər 2023-cü ildə 353,9 min manat təşkil etdiyi halda, hesabat dövründə tam ödənilib.
Şirkətin cəmi kapitalı 2024-cü ilin sonu üzrə 55 milyon 974,6 min manat olub. Bu, əvvəlki illə müqayisədə 6 milyon 877,5 min manat və ya 14% artım deməkdir.
Nizamnamə kapitalı 9 milyon 149,7 min manat, digər investisiyalar isə 58 milyon 91,2 min manat səviyyəsində dəyişməz qalıb.
Digər kapital 8 milyon 544,4 min manat və ya 3,8% artaraq 232 milyon 252,9 min manata yüksəlib.
Yığılmış zərər 243 milyon 519,1 min manat təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 1 milyon 666,9 min manat və ya 0,7% artım deməkdir.
















