Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2023-ci ili 302,2 min manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə Agentliyin hesabatına istinadən xəbər verir.
Agentlik 2022-ci ili yenidən təsnif göstəricilərə əsasən 61,2 min manat xalis mənfəətlə bağlamışdı.
Bu da o deməkdir ki, xalis mənfəətdə son bir ildə 242 min manat və ya 4,9 dəfə artıb.
TKTA-nın cəmi gəlirləri 2022-ci ildə 1 milyon 97 min manat ikən, 2023-cü ildə 1 milyon 626 min manata yüksəlib. Gəlirlər son bir ildə 529 min manatdan çox (48,2%) artıb.
Satışın maya dəyəri 283 min manat və ya 27,9% artaraq 1 milyon 296 min manata yüksəlib.
Ümumi mənfəət isə 330,2 min manat bərabər olub ki,bu da 245,7 min manat (3,9 dəfə) artım deməkdir.
Agentliyin işçi heyəti üzrə xərcləri 645,6 min, amortizasiya xərcləri 50 min manat, sair əməliyyat xərcləri 6 milyon 90 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə işçi heyəti üzrə xərclər 39,7 min manat (5,8%), amortizasiya xərcləri 4,5 min manat (8,3%) azlaıb, sair əməliyyat xərcləri 5 milyon 653 min manat (13,9 dəfə) artıb.
Cəmi əməlityyat xərcləri 5 milyon 894 min manat və ya 3,7 dəfə artaraq 8 milyon 87 min manata yüksəlib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən il 6 milyon 127 min manat akitvlərə, 709,3 min manat balans kapitalına və 5 milyon 417 min manat öhdəliklərə malik olub.
Son bir ildə aktivlər 5 milyon 308 min manat (46,4%), öhdəliklər 5 milyon 611 min manat (2 dəfə) azalıb, balans kapitaı isə 302,2 min manat (74,2%) artıb.