Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ili üzrə illik idarəetmə və konsolidasiya edilmiş hesabatlarını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilidə SOCAR-ın gəlirləri 85 milyard 201 milyon manat, satışın maya dəyəri isə 76 milyard 639 milyon manatdır.
Beləliklə, şirkətin cəmi mənfəəti 8 milyard 562 milyon manat olub.
Dövlət şirkətinin ümumi inzibati xərcləri 1 milyard 939 milyon manat, paylaşdırma xərcləri 2 milyard 206 milyon manat, sosial xərcləri 300 milyon manat, sair əməliyyat xərcləri 2 milyard 561 milyon manat, maliyyə xərcləri 1 milyard 833 milyon manat təşkil edib.
Ötən il əməliyyat fəaliyyətindən ümumilikdə 2 milyard 199 milyon manat əldə olunub.
Dövlət Neft Şirkəti ötən ili 606 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra milyard 2 milyard 73 milyon manat mənfəətlə başa vurub. İl üzrə məcmu gəlirlər isə 1 milyar 970 milyon manat təşkil edib.