“Simurq Kompani” ASC 2023-cü il dekabrın 31-nə audit yoxlamasının nəticəsi barədə yekun maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 49,7 min manat xalis zərərlə başa vurub.
2022-ci ildəki, zərər isə 233,5 min manat idi. Beləliklə şirkətin zərəri 183,8 min manat və ya 4,7 dəfə azalıb.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 1 milyon 248,7 min manat, satışın maya dəyəri isə 1 milyon 281,8 min manat olub. Gəlirlər son bir ildə 61,9 min manat (4,7%), satışın maya dəyəri isə 262 min manat (17%) azalıb.
Beləlikklə şirkətin ümumi zərəri 33,1 min manat təşkil edib ki, bu da illik müqayisədə 199,9 min manat və ya 7 dəfə azalıb.
“Simurq Kompani” ASC-nin 2023-cü ildə sair əməliyyat gəlirləri dəıyişməyərək 2 min 760 manat təşkil edib, xərcləri isə 16,2 min manat və ya 6,1 dəfə artaraq 19,4 min manata yüksəlib.
“Simurq Kompani” ASC ötən il 529 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 182 min manat və ya 25,6% azalıb.
Şirkətin öhdəlikləri 132,3 min manat və ya 15,8% azalaraq 705,1 min manata düşüb.
Şirkətin balans kapitalı mənfiyə düşüb və -176,1 min manat təşkil edib. Ötən illə müqayisədə bu göstərici 50 min manat və ya 39,4% artıb.
Yığılmış zərərlər də son bir ildə 49,7 min manat (21,3%) artıb.