Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC 2023-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az "Rotary Motors" MMC-nin 2023-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkət 2023-cü ili 2 milyon 423 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ili 1 milyon 591 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə xalis mənfəət illik müqayisədə 832 min manat və ya 52,3% artıqdır.
Şirkətin mənfəət vergisi ödəmələri də 180 min manat və ya 42,3% artaraq 606 manata bərabər olub.
2023-cü ildə “Rotary Motors”ın satışdan cəmi gəlirləri 25 milyon 132 min manat, cəmi satış xərcləri 19 milyon 240 min manat təşkil edib.
Son bir il ərzində gəlirlər 5 milyon 650 min manat (29%), xərclər 4 milyon 344 min manat (29,2%) artıb.
Ötən il “Rotary Motors” avtomobillərin satışından 18 milyon 519 min manat, ehtiyat hissələrinin satışından 6 milyon 102 min manat, servis xidmətlərindən 510 min manat gəlir götürüb.
İllik müqayisədə avtomobil satışından gəlirlər illik müqayisədə 4 milyon 86 min manat (28,3%), ehtiyyat hissələrin satışından gəlirlər 1 milyon 583 min manat (35%) artıb.
Avtomobil satışından gəlirlərin 7 milyon 334 min manatını pərakəndə satış, 11 milyon 185 min manatını yenidən ixrac üzrə satış təşkil edib.
Pərakəndə satış 4 milyon 330 min manat (37,1%) azalsa da, yenidən ixrac üzrə satış 8 milyon 415 min manat ( 4 dəfə) artıb.
Şirkət ötən il 16 milyon 260 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə 7 milyon 358 min manat və ya 82,7% çoxdur