“Simurg Company” ATSC 2022-ci il üzrə maliyyə hesabatının nəticələrini açıqlayıb.
FED.az xəbər veirr ki, 2022-ci ildə Şirkətin əsas əməliyyat gəlirləri 1 milyon 310 min 600 manat, satışın maya dəyəri 1 milyon 543 min 617 manat, sair əməliyyat gəlirləri 2 min 760 manat, xərclər 3 min 226 manat təşkil edib.
Ötən il “Simurg Company”nin cəmi xərcləri 1 milyon 546 min 843 manat olub.
Beləliklə şirkət 2022-ci ili 233 min 483 manat zərər ilə başa vurub.
31 dekabr 2022-ciil tarixində “Simurg Company” ATSC 711 min 26 manat cəmi aktivlərə malik olub. Beləliklə aktivlər son bir ildə 233 min 955 manat, yəni 24,8% azalıb.
Aktivlərin 702 min 152 manatını uzunmüddətli, 8 min 873 manatı qısa müddətli aktivlərdir.
Bundan başqa öhdəliklər cəmi 128 manat artımla 837 min 371 manat olub.
Şirkətin kapitalı -126 min 344 manat təşkil edib.
Kapitalın 233 min 483 manatını yığılmış zərər təşkil edib. Nizamnamə kapitalı isə 107 min 138 manat olaraq qalıb.