Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının 2024-cü ilin gəlir və xərclər üzrə göstəricilərini açıqlayıb.
Bu barədə FED.az Dövlət Xidmətinə istinadən xəbər verir.
Ötən il qurumun gəlirləri 101 milyon 142 min manat, xərcləri 101 milyon 181 min manat təşkil edib.
Gəlirlər illik müqayisədə 6 milyon 370 min manat (5,9%) xərclər 6 milyon 154 min manat (5,7%) azdır.
Hesabat dövründə Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 79 milyon 882 min manat, birja əməliyyatından gəlirləri 21 milyon 259 min manat olub, sair əməliyyat gəlirləri olmayıb.
2023-cü ilin göstəriciləri ilə müqayisədə qeyri-birja əməliyyatından gəlirləri 13 milyon 213 min manat (14,2%) azalıb, birja əməliyyatından gəlirləri 6 milyon 836 min manat (47,4%) artıb.
Eyni zamanda əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 5 milyon 435 min manat, maliyyə yardımları və sair transfer 94 milyon 580 min manat, sərf edilmiş materialların dəyəri 101 min manat, amortizasiya xərcləri 111 min manat, sair əməliyyat xərcləri 954 min manat olub.
İllik müqayisədə əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 50 min manat (0,9%), maliyyə yardımları və sair transfer xərcləri 6 milyon 55 min manat (6%) azalıb, sərf edilmiş materialların dəyəri 23 min manat (29,5%), amortizasiya xərcləri 15 min manat (16%), sair əməliyyat xərcləri 183 min manat (23,7%) artıb.