İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2024-cü ili 3 milyon 517 min manat zərərlə başa vurub.
Bu barədə FED.az Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü ilin sonu ilə müqayisədə 2 milyon 147 min manat və ya 2,6 dəfə artıqdır.
Ötən il qurumun gəlirləri 92 milyon 347 min manat, xərcləri 95 milyon 864 min manat təşkil edib.
Gəlirlər illik müqayisədə 6 milyon 183 min manat (7,2%) xərclər 8 milyon 330 min manat (9,5%) artıqdır.
Hesabat dövründə Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 80 milyon 552 min manat, birja əməliyyatından gəlirləri 11 milyon 793 min manat, sair əməliyyat gəlirləri 366 manat olub.
2023-cü ilin göstəriciləri ilə müqayisədə qeyri-birja əməliyyatından gəlirləri 6 milyon 713 min manat (9,1%) artıb, birja əməliyyatından gəlirləri 368 min manat (3%), sair əməliyyat gəlirləri 15 min 663 manat (43,8 dəfə) azalıb.
Eyni zamanda əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 22 milyon 745 min manat, sərf edilmiş materialların dəyəri 2 milyon 053 min manat, amortizasiya xərcləri 1 milyon 844 min manat, sair əməliyyat xərcləri 69 milyon 221 min manat olub.
İllik müqayisədə əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 54 min manat (0,2%), sərf edilmiş materialların dəyəri 353 min manat (14,7%), amortizasiya xərcləri 209 min manat (10,2%) azlaıb, sair əməliyyat xərcləri 8 milyon 947 min manat (14,8%) artıb.