Metal konstruksiyaların sökülməsi və metal qırıntılarının satışı ilə məşğul olan "Universal Metal" QSC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, metal şirkəti 2022-ci ili 708,4 min manat xalis zərər ilə başa vurub. Halbuki 2021-ci ili 59,2 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı. Hesabat dövründə şirkət mənfəət vergisi ödəməyib.
"Universal Metal" şirkətinin satışdan gəliri 2022-ci ildə 2 milyon 91 min manat təşkil edin. Satışdan gəlirlər 2021-ci ildə 510 min manat və ya 32,2% artıb. Satışın maya dəyəri isə 1 milyon 259 min manat (85,2%) artaraq 2 milyon 736 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən "Universal Metal" mənfəətdən zərərə keçib.Yəni 2021-ci ildə 105 min manat ümumi mənfəət əldə etdiyi halda 2022-ci ildə 645 min manat zərər edib.
Bundan başqa şirkətin inzibati xərcləri 2,5 dəfə və ya 38 min manat artaraq 63 min manata yüksəlib.
2021-ci ildə 80,3 min manat əməliyyat mənfəəti əldə etməsinə baxmayaraq 2022-ci ildə 708 min manat əməliyyat zərəri əldə edib.
Bu dövrdə "Universal Metal" QSC 206,7 min manat cəmi aktivlərə malik olub. Akitvlər son bir ildə 27,2 min manat (15,2%) artıb.
Öhdəliklər isə 2021-ci illə müqayisədə 8 dəfə (733,6 min manat) artaraq 839,4 min manata yüksəlib.
Hesabat dövründə şirkətin balansındakı kapital da silinərək -634,7 min manata düşüb 2021-ci ildə balans kapitalı 73,8 min manat idi.