2023-cü ilin yanvar-oktyabr aylarında "Azərenerji" ATSC-nin 347,3 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azərenerji" ATSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 282,3 milyon dollar və ya 5,4 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "Azərenerji" ATSC 64,1 milyon dollar dəyərində məhsul ixrac edib.