“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, 2024-cü ilin maliyyə nəticələri şirkət üçün çətin keçib. Müsbət məqam kimi, şirkətin gəlirləri 1 milyon 31 min manata çataraq ötən ilə nisbətən 40,0 min manat (4,0%), dividend gəlirləri isə 88,9 min manata çataraq 50,6 min manat (2,3 dəfə) artıb.
Maliyyə aktivləri üzrə əməliyyatlar ötən ilki 111 min manatlıq mənfəətin əksinə olaraq, bu il 144 min manatlıq zərərlə yekunlaşıb. Bu, ümumilikdə 255 min manatlıq bir pisləşmədir.
Satışın maya dəyəri 981,4 min manata yüksələrək 104,7 min manat (11,9%) artıb.
İnzibati və əməliyyat xərcləri də 679,0 min manata yüksələrək 101,5 min manat (17,6%) artıb.
Bu amillərin birgə təsiri ilə şirkətin əməliyyat zərəri 634,4 min manata çatıb ki, bu da illik müqayisədə 424,3 min manat və ya 4,0 dəfəlik kəskin bir artım deməkdir. Nəticədə şirkətin vergidən əvvəlki zərəri də 640,8 min manata yüksələrək 2,4 dəfə artıb. Şirkətin yekun xalis zərəri isə 616,1 min manat təşkil edib ki, bu da ötən ilin nəticəsindən 59,6 min manat (10,7%) daha çoxdur.
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC 16,0 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər 2023-cü ilə nəzərən, il ərzində 4,6 milyon manat (22,4%) azalıb.
Qısamüddətli aktivlər 6,7 milyon manata bərabər olub.
Bu da illik 4,2 milyon manatlıq (38,6%) azalma deməkdir. Bu azalmanın əsas səbəbi isə pul vəsaitlərinin 3,8 milyon manata enərək 3,8 milyon manat (2,0 dəfə) azalması olub.
Bununla yanaşı ehtiyatlar 433,0 min manat (20,1%) azalma ilə 1 milyon 720 min manata, ticarət debitor borcları isə 73,2 min manat (2,6 dəfə) azalma ilə 47,2 min manata düşüb.
Müsbət hal kimi, şirkətin vergi üzrə ilkin ödənişləri 96,9 min manata bərabər olub. Bu ödənişlər illik müqayisə ilə 63,7 min manat (2,9 dəfə) artıb.
Cəmi uzunmüddətli aktivlər 9 milyon 252 min manata bərabər olub. Nəticədə illik 392,1 min manat (4,1%) azalıb.
Bundan aliyyə aktivləri (ədalətli dəyərlə) 3 milyon 707 min manata düşüb. Bu son bir il ərzində 778,0 min manat (17,3%) azalma deməkdir.
Bunun əksinə olaraq, törəmə müəssisələrə investisiyalar 2 milyon 952 min manata, assosiativ müəssisələrə investisiyalar isə 1 milyon 83 min manata yüksələrək müvafiq olaraq 264,2 min manat (9,8%) və 187,0 min manat (20,8%) artıb.
Aktivlərin azalmasına paralel olaraq, şirkətin kapital və öhdəliklərində də ciddi azalma baş verib:
Cəmi kapital 15,9 milyon manata enərək 3,5 milyon manat (18%) azalıb.
Səhm kapitalında 3,4 milyon manat azalma baş verib. Eyni zamanda şirkətin toplanmış zərəri də 8,3 milyon manata çatıb.
Cəmi öhdəlikləri 82,9 min manata düşərərk, ötən ilə nisbətən 1,1 milyon manat və ya 14,4 dəfə azalıb.